7 Yanvar 2018 23:09
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın İdlib şəhərində İranın dəstəklədiyi silahlı qruplarla Əsədə yaxın hərbçilər birgə əməliyyatları davam etdirirlər.

Teleqraf.com xəbər verir ki, Rusiya ordusu iranlı komandirlərin rəhbərlik etdiyi əfqan güclərinə havadan dəstək verirlər.

Son məlumata görə, Əsəd ordusu İdlibin Sincar bölgəsini ələ keçirib.

Suriyanın şimalında Türkiyə ilə sərhəddə yerləşən İdlib 4 may 2017-ci ildə Astanada gərginliyi azaltma bölgəsi elan edilmişdi. Buna baxmayaraq Əsəd ordusu və Rusiya aviasiyası mütəmadi olaraq bölgəyə zərbələr endirir.


Müəllif: Ayxan

Oxşar xəbərlər