8 Yanvar 2018 09:25
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın sabiq müşaviri Stiv Bannon qalmaqallı "Atəş və Qəzəb: Tramp Ağ Evinin içindən" adlı kitabda onun adından qeyd olunan ifadələrdən imtina edib.

Teleqraf.com xəbər verir ki, Bannon "Axios" adlı xəbər portalına göndərdiyi açıqlamasına Trampa olan dəstəyinin sarsılmazılığını və prezidentin oğlunun yaxşı bir vətənpərvər olduğunu bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın bir illik prezidentlik fəaliyyətindən bəhs edən "Atəş və Qəzəb: Tramp Ağ Evinin içindən" adlı kitabında S.Bannonun müsahibəsi dərc edilib. Maykl Volfun müəllifi olduğu kitabda yer alan müsahibəsində Bannon prezidentin böyük oğlu Tramp Jr. ilə ruslar arasında Nyu Yorkdakı Tramp otelində keçirilən görüşlə bağlı "xaincə" ifadəsini işlədib. Kitabda Trampın buna cavab olaraq "Stiv qovulduğu gün sadəcə işini deyil, eyni zamanda ağlını da itirib" ifadəsinə də səhifə ayrılıb.

Kitabın sabah açıq satışa çıxarılacağı gözlənilir.


Müəllif: Ayxan

Oxşar xəbərlər