NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Ali baş komandanı general Kertis Skaparrotti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov Azərbaycana səfər edəcək.
Teleqraf.com TASS agentliyinə istinadla xəbər verir ki, onların Bakıda təkbətək görüşü keçiriləcək.
Səfər bu ay baş tutacaq.
Görüş zamanı müzakirə ediləcək məsələlər açıqlanmır.