Dekabrın 31-də Rusiyanın Suriyadakı Xmeymim aviabazasına hücumla bağlı yeni məlumatlar üzə çıxıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məlumatda hücumun terrorçularla və müxaliflərlə heç bir əlaqəsinin olmadığı bildirilir.
Araşdırılma zamanı hücumun Suriya Prezidenti Bəşər Əsədə sadiq qüvvələr tərəfindən həyata keçirildiyi məlum olub:
“Hücum 6 kilometr uzaqlıqdan edilib. Həmin ərazilər isə rus qüvvələrinin və Əsəd rejiminin nəzarətindədir”.
Hadisədən dərhal sonra ruslar olayın araşdırılmasını tələb edib. Bununla əlaqədar Bəşər Əsəd Suriyanın bütün hava, quru və hərbi dəniz qüvvələrinə məktub göndərib (foto). Məktubda yeni yaradıldığı bildirilən qrupun dərhal tapılması tapşırılıb.
Buradan belə anlaşılır ki, kimsə Suriyanı daxildən qızışdırmağa çalışır.
Qeyd edək ki, rəsmi məlumata əsasən hadisə zamanı 2 rus əsgər həlak olub, 7-si yaralanıb, bir neçə qırıcı isə yararsız hala düşüb.