Avropa İttifaqı (Aİ) BMT Təhlükəsizlik Şurasının KXDR üzrə qətnaməsinin yerinə yetirilməsi çərçivəsində 16 fiziki şəxsi və Şimali Koreyanın Ordu İşləri Nazirliyini sanksiya siyahısına əlavə edib.
Teleqraf.com xəbər verir ki, Aİ Şurasının bəyanatında qeyd olunur ki, KXDR-ə qarşı yeni məhdudlaşdırıcı tədbirlər nəzərə alınmaqla BMT-nin sanksiya siyahısına 79 fiziki şəxs və 54 təşkilat daxil edilib.
Qeyd edək ki, 41 fiziki şəxs və 10 təşkilat barədə sanksiyaları Aİ özü tətbiq edib.