Misirdə prezident seçkilərinin vaxtı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Misir Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, ölkə xaricində seçkilər martın 16-18-də, ölkə daxilində isə martın 26-dan 28-dək keçiriləcək. Seçkilərin nəticələri aprelin 2-də məlum olacaq.
Namizədlərin heç biri lazımi sayda səs toplamasa, seçkilərin ikinci turu 24-26 apreldə baş tutacaq.
MSK bəyan edib ki, adı terrorçu siyahısına düşən və barələrində məhkəmə qərarı olan şəxslərin adları seçici siyahısından çıxarılacaq.
Misirin hazırki prezidenti Abdufəttah es-Sisi və liberal müxalifəti təmsil edən Halid Əlinin prezidentliyə namizəd olacaqları bildirilir.