Afrikanın şimalında yerləşənSaxara səhrasına qar yağıb.
Teleqraf.com xəbər verir ki, səhraya düşən yağıntının hündürlüyü cəmi 40 sm təşkil etsə də bu, Əlcazair sakinlərinin qar sevinci üçün kifayətdir. Ayn-Sefa şəhərinin sakinləri artıq ikinci ildir ki, təbiətin sürprizilə qarşılaşırlar. Ötən il şəhərin bəzi sakinləri həyatlarında ilk dəfə olaraq qar görüblər.
Ondan əvvəl isə yalnız 1979-cu ildə Saxaraya qar yağıb.