ABŞ hökuməti 2017-ci ildə təbii fəlakətlərin qarşısının alınması və vurulan ziyanın aradan qaldırılması üçün 306 milyard dollar xərcləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Milli Okean və Atmosfer Agentliyindən (NOAA) bildirilib.
Texas əyalətini bürümüş Harvey qasırğasının ölkəyə vurduğu ziyan 125 milyard dollar, Maria qasırğası 90 milyard dollar, İrma qasırğası isə 50 milyard dollar civarında olub.
Yanğınların qarşısının alınması üçün 18 milyard dollar, sel və quraqlığa qarşı mübarizəyə isə 23 milyard dollar sərf olunub.