ABŞ-ın kosmosa göndərdiyi məxfi peyki yoxa çıxıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Wall Street Journal” adlarının açıqlanmasını istəməyən 2 amerikalı rəsmiyə istinadla məlumat yayıb.
Məlumatlara görə, “Northrop Grumman” şirkətinə məxsus peyk “Falcon 9” raketindən ayrıla bilməyib. Bundan sonra peyklə əlaqə kəsilib.
Faktla bağlı rəsmi Vaşinqton araşdırmalara başlayıb. İlkin ehtimallarda hər hansı diversiya və ya başqa müdaxilə versiyaları araşdırılacaq.