ABŞ PKK/PYD silahlılarının nəzarətində olan 28 min kilometrlik ərazini ayrıca dövlət kimi tanımaqla bağlı fəaliyyətini gücləndirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzeti məlumat yayıb.
Məlumatda bildirilib ki, ABŞ qurulacaq “Birləşmiş Şimali Suriya Federativ Dövləti”nin mərkəzi kimi Rakka şəhərini seçib.
Bu səbəbdən Vaşinqton PYD silahlıları üçün Rakkada aeroport tikmək qərarına gəlib.
Qeyd edilir ki, ABŞ bu dövlətin 7 ölkə tərəfindən tanınacağına tam təminat verib.