9 Yanvar 2018 18:31
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Ali dini lideri Əli Xameneyi ABŞ Prezidenti Donald Trampın İrandakı etiraz aksiyalarına müdaxiləsi məsələsinə sərt reaksiya göstərib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Trampı ağlı yerində olmayan adam adlandırıb:
“Bu ağlı yerində olmayan şəxs bilməlidir ki, hərəkətləri cavabsız qalmayacaq. İrana neçə gün zərər verdinizsə, bir o qədər də amerikalılar zərər görəcək”.

Qeyd edək ki, dekabrın 26-dan İranda hökumət əleyhinə başlanan etiraz aksiyalarında 30-dan çox insan ölüb, 3700 nəfər saxlanılıb. Tramp Tvitter hesabında isə etirazçılara dəstək verən paylaşımlar edib.


Müəllif: Samir

Oxşar xəbərlər