ABŞ Müdafiə Nazirliyi və Mərkəzi Kəşfiyyat İdarəsi Suriyada YPG silahlılarından nizami ordu yaratmaq üçün ilk addımını atıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bunun üçün amerikalılar 400 terrorçuya xüsusi təlim keçiblər.
Təlim keçmiş şəxslər yeni “Şimal ordusu” qruplaşması altında birləşiblər.
Silahlıların Hələbin yaxınlığındakı təlim məntəqəsində hazırlandığı bildirilib.
Qeyd edək ki, ABŞ Mərkəzi Qüvvələr komandanı, general Cozef Votel ötən il dekabrın 22-də verdiyi açıqlamada Suriya sərhədlərini qorumaq üçün xüsusi ordu yaradılacağını bildirmişdi.