ABŞ-ın Suriyada PKK/PYD terror təşkilatı ilə rəsmi diplomatik əlaqələr quracağı barədə bəyanatından sonra Fransa da oxşar addım atıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Fransanın Ədliyyə naziri Nikol Belloubet açıqlama verib.
O bildirib ki, Fransa da PYD-nin yaratdığı “muxtariyyəti”i rəsmi şəkildə tanımağa hazırlaşır:
“Bundan sonra İŞİD-də döyüşən fransızların PYD tərəfindən mühakimə olunmasına razılıq verəcəyik”.