İncirlik hərbi bazasında xidmət etmiş ABŞ əsgərlərinə övladlığa verilən türkiyəli bacılar illər sonra qovuşublar.
Teleqraf.com xəbər verir ki, Adana şəhərindən olan adı Mişel kimi dəyişdirilən Xədicə və əsl adı Seçil olan Britani onları övladlığa verən vəkilin sayəsində bir-birini tapıblar.
Hazırda 25 yaşı olan Seçil Bərbəroğlu 7 yaşında, bacısı 29 yaşlı Xədicə isə 3 yaşında amerikalı əsgərlərə verilib. Onların övladlıq verilməsinə vasitəçilik edən vəkil Əlif Kumak Xədicənin 18 yaşı olanda bioloji anasının onu axtardığını deyərək öz fotosunu göndərməsini istəyib. Seçil isə İncirlik bazasında işləyən cərrah atasından ailəsi barədə maraqlanıb və sənədlər arasında vəkilin adını tapıb. Seçil sosial şəbəkələrdə Əlif Kumakın dost siyahısında Mişelin adını görüb və bənzərliyə görə təəccüblənib. Əsl adı Xədicə olan Mişellə əlaqə quran Seçil Antalyada görüşüblər. Bərbəroğlular televiziya verilişi vasitəsilə Türkiyədəki bacı-qardaşları və anaları ilə görüşə biliblər. Qovuşan bacıların məqsədi övladlıq verilən digər iki qardaşını tapıb bioloji ailələri ilə övladlıq verildikləri ailələri bir araya gətirməkdir.
Qeyd edək ki, Bərbəroğlular ailəsinin ümumilikdə 15 övladı olub. Kasıb olduqları üçün bir neçə körpəni əcnəbilərə satıblar.