Suriyadakı vətəndaş müharibəsi üzündən Türkiyəyə sığınan suriyalı qaçqınlar öz ölkələrinə qayıtmağa başlayıblar.
Teleqraf.com xəbər verir ki, ötən gün 120 qaçqın Fırat Qalxanı Əməliyyatı sayəsində İŞİD-dən təmizlənən Suriya ərazilərinə yola düşüblər.
Könüllü Geri Dönüş Prqoramı çərçivəsində qaçqınlar öz evlərinə qayıdırlar.
1 yanvar 2015-ci ildən bəri 62 min suriyalı Türkiyəni tərk edərək Suriyaya geri dönüb.