10 Yanvar 2018 01:48
1 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antlaiya şəhəri, Kəpəz qəsəbəsi, Gündodu məhəlləsində 8 yaşlı ibtidai sinif şagirdinə təcavüz edən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, 30 yaşlı Mehmet E.-nin barəsində məhkəmə həbs qətiimkan tədbiri seçib.

Məlumata görə, velosipedlə qızı təqib edən Mehmet E. çörək alıb evinə qayıdan azyaşlını ünvan soruşmaq bəhanəsilə söhbətə tutub. Qızla yan-yana gedən kişi sonra onu öpməyə başlayıb.

Yaxınlıqdakı mənzillərin birindən olayı izləyən sakin əxlaqsızlığı telefonun yaddaşına köçürüb. Sakinin təpkisindən sonra hadisə yerindən uzaqlaşan təcavüzçü yaxınlıqdakı kameraların görüntüləri əsasında saxlanılaraq öncə polis bölməsinə, daha sonra məhkəməyə aparılıb.

Mehmet E.-nin fiziki qüsurlu şəxs olduğu bildirilir.


Müəllif: Ayxan

Oxşar xəbərlər