ABŞ-ın İranla imzalanan nüvə sazişi ilə bağlı qərar yanvarın 12-də açıqlanacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ Dövlət katibinin müavini Stiv Qoldşteyn açıqlama verib.
O bildirib ki, qərar ABŞ Prezidenti Donald Tramp tərəfindən ictimaiyyətə təqdim olunacaq:
“Hələlik müzakirələri davam etdiririk. Bu gün Trampın dövlət katibi Reks Tillerson və Pentaqon rəhbəri Ceym Mettislə görüşü gözlənilir”.