10 Yanvar 2018 11:41
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Mahmud Abbası devirmək planlarına dair kəşfiyyat məlumatları var.

Teleqraf.com xəbər verir ki, bu sözləri Fələstin Prezidenti Mahmud Abbasın xarici məsələlər və beynəlxalq münasibətlər üzrə nümayəndəsi Nebil Şas bildirib.

Şas açıqlamasında deyib ki, ABŞ regionda vasitəçilik rolunun davam etdirmək üçün Mahmud Abbasa təzyiqlər edir: “Ancaq Amerikanın vasitəçiliyi artıq bitib. Bunun geri dönüşü yoxdur”.

Qeyd edək ki, Fələstin KİV-də yer alan xəbərlərə görə, bu ölkənin təhlükəsizlik orqanları Mahmud Abbası devirmək üçün ona yaxın olan bəzi şəxslərlə ABŞ nümayəndələri arasında görüşlərin keçirildiyini müəyyən edib.


Müəllif: Cavad

Oxşar xəbərlər