ABŞ Prezidenti Donald Trampın tibbi müayinədən keçəcəyi vaxt açıqlanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, müayinə yanvarın 12-də baş tutacaq.
Müayinənin nəticələri bir müddət sonra ictimaiyyətə açıqlanacaq.
Tramp bir neçə analiz və testdən keçməli olacaq.
Qeyd edək ki, Tramp prezident seçildikdən sonra bəzi media orqanları onun səhhətində problemlər olduğunu iddia etmişdi.