10 Yanvar 2018 11:57
2 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əs-Səud Fələstin lideri Mahmud Abbasa zəng edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, telefon danışığı zamanı Qüds məsələsi müzakirə edilib.

Kral ölkəsinin Fələstin məsələsinə qarşı sabit mövqeyini vurğulayıb.

O bildirib ki, Fələstin xalqının paytaxtı Şərqi Qüds olan müstəqil dövlət qurmaq haqqı var.

Kral əlavə edib ki, Fələstin məsələsinin həlli üçün səylərini davam etdirəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ABŞ-ın Qüds qərarına bitərəf qalan ölkələrdən biri olub.


Müəllif: Samir

Oxşar xəbərlər