Danimarkanın paytaxtı Kopenhagendə həyəcanlı anlar yaşanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Danimarka polisi ABŞ-ın bu ölkədəki səfirliyi qarşısında tapılan şübhəli paketdən sonra insanların təxliyyəsinə başlayıb.
Paketdə bomba olma iddiası ilə əlaqədar hadisə yerinə mütəxəssislər cəlb edilib.