Rusiya prezidenti Vladimir Putinin seçki qərargahının sədrlərinin adları açıqlanıb.
Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu il Rusiyada keçiriləcək prezident seçkilərinə fərdi qaydada qatılacaq dövlət başçısı Vladimir Putinin qərargahında üç həmsədr çalışacaq.
Həmsədr qismində “Sirius” maarifləndirmə mərkəzinin başçısı Yelena Şmeleva, Roqaçev adına uşaq onkologiya, hematologiya və immunologiya mərkəzinin başçısı Aleksandr Rumyantsev və “KamAZ” Açıq Səhmdar Cəmiyyətinin (ASC) baş direktoru Sergey Koqoqin təmsil olunacaq.
Putin könüllülərlə söhbətdən sonra seçki qərargahının həmsədrləri ilə ayrılıqda görüşüb.