10 Yanvar 2018 23:58
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının 2019-cu ildə keçiriləcək prezident seçkilərində hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyəcəyinə dair bəyanatı müxalifəti iki yerə bölüb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, bu gün prezident iqamətgahında prezidentlə görüşən Baxçalı ölkə başçısı ilə 35 dəqiqəlik müzakirə aparıb.

Cümhuriyyət Xalq Partiyasından olan Bülent Tezcan Ərdoğan-Baxçalı görüşünü sərt tənqid etsə də, bir vaxtlar MHP-də təmsil olunan, hazırda “İyi Parti”yə (Yaxşı Partiya) rəhbərlik edən Meral Akşener Baxçalının qərarına hörmət etdiyini deyib. Xanım siyasətçi MHP sədrinin Ərdoğanı dəstəkləməsinə “Xeyirli olsun” deyə şərh verib və Baxçalının prezidentlə işbirliyi qurmasına hörmətlə yanaşdığını bildirib.


Müəllif: Kəmalə

Oxşar xəbərlər