11 Yanvar 2018 10:46
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranda hökumət əleyhinə həbs olunan şəxslərin dərhal azadlığa buraxılmasını tələb edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ağ Ev yazılı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, siyasi məhbuslar qeyd-şərtsiz azad edilməlidir:

“İranın vətəndaşlarına qarşı etdiklərinə səssiz qalmayacağıq. İran xalqının tələbləri dərhal yerinə yetirilməlidir”.

Qeyd edək ki, aksiyalar zamanı 3700 insan həbs edilib.


Müəllif: Samir

Oxşar xəbərlər