11 Yanvar 2018 10:55
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Brüsseldə Avropa Birliyinin baş diplomatı Federika Moqerini, Almaniya Xarici İşlər naziri Ziqmar Qabriyel, İran XİN rəhbəri Məhəmmədcavad Zərif, Böyük Britaniya XİN rəhbəri Boris Conson və Fransa Xarici İşlər naziri Jan-İv Le Drian arasında görüş keçiriləcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüşdən əvvəl Boris Conson jurnalistlərə açıqlama verib.

O, İranla bağlanmış nüvə sazişinin vacibliyini vurğulayıb. Britaniya XİN rəhbərinin fikrincə, bu saziş dünyada təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır:

“Britaniya hər zaman bəyan edib ki, İranla bağlanmış bu müqavilə dünyada təhlükəsizlik üçün açar rolunu oynayır. Biz avropalı tərəfdaşlarımızla bu sazişin saxlanılmasına çalışmalıyıq”.

Qeyd edək ki, Zərif Brüsseldən öncə Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb və Rusiyanın bu məsələdə dəstəyini qazanıb.

ABŞ Prezidenti Donald Tramp isə sabah İranın nüvə proqramı ilə bağlı qərarını açıqlayacaq.


Müəllif: Samir

Oxşar xəbərlər