İraqın paytaxtı Bağdadda güclü zəlzələ baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, zəlzələnin gücü Rixter şkalası üzrə 5,5 bal olub.
Dağıntı və tələfatla bağlı hələlik heç bir məlumat verilmir.
Qeyd edək ki, bu gün səhər saatlarında İranın Kirman bölgəsində də 5,1 bal gücündə zəlzələ baş vermişdi.