11 Yanvar 2018 13:55
6 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Kasur şəhərində itkin düşən yeddi yaşlı qızın cəsədi tapılıb. Araşdırmalar zamanı azyaşlı qızın təcavüz edilərək öldürüldüyü məlum olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, olay ölkəni qarışdırıb. Minlərlə etirazçı küçələrə axın edib.

Məlumatlara görə, ötən il 12 azyaşlı qız eyni aqibətlə üzləşib. Ancaq buna baxmayaraq, hadisələrlə bağlı heç kəs saxlanılmayıb.

Etiraz aksiyası zamanı toqquşmalar baş verib. Polisin açdığı atəş nəticəsində 2 etirazçı ölüb.

Bundan sonra Pəncab bölgəsinin qubernatoru Şahbaz Sərif cinayətkarların dərhal tapılacağı ilə bağlı etirazçılara vəd verib.


Müəllif: Samir

Oxşar xəbərlər