Ötən il dekabrın 26-da İranda başlamış etiraz aksiyalarını qızışdıran şəxslər zərərsizləşdirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İran təhlükəsizlik qüvvələri məlumat yayıb.
Məlumatda deyilir ki, terror qrupunun üzvləri Sərdəştdə öldürülüblər:
“Öldürülən hər 3 şəxsin İrana qərb sərhədlərindən daxil olduğu aydınlaşıb. Qruplaşma üzvlərinin evində axtarışlar zamanı 3 Kalaşnikov avtomatı, çoxlu sayda hərbi avadanlıqlar tapılıb. Bundan başqa, Fars bölgəsində “Molotov kokteli” hazırlayan 3 nəfər yaxalanıb”.
Qeyd edək ki, 15 gündən çox hökumət əleyhinə davam edən etiraz aksiyaları zamanı 30 nəfər həlak olub, 3700 nəfər saxlanılıb.