11 Yanvar 2018 22:12
2 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Limanlar və Gəmiçilik İdarəsi Xəzər dənizində hərbi gəminin qəzaya uğramasının səbəblərinə aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, idarənin rəisi Hadı Haqşenas İran Hərbi-Dəniz Qüvvələrinə məxsus “Damavand” gəmisinin Bəndər Ənzəli limanında inşa edilmiş hüdudlayıcı dalğaqırana çırpılmasını təsdiqləyərək, buna texniki nasazlığın səbəb olduğunu bildirib.

Onun sözlərin görə, insident zamanı qayıq aşıb və ekipajın 2 üzvü xəsarət alıb.

Qeyd edək ki, mətbuatda qəza zamanı 14 nəfərin xəsarət aldığına dair məlumat gedib.


Müəllif: Ayxan

Oxşar xəbərlər