12 Yanvar 2018 11:50
2 590
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının Suriyadakı qolu sayılan YPG-dən qaçaraq Türkiyəyə sığınmış 3 qadın bəzi sirləri açıb.

Teleqraf.com Türkiyənin “Yeni Şəfəq” qəzetinə istinadla xəbər verir ki, Suriyanın Azez bölgəsindən sərhədi keçərək təhlükəsizlik qüvvələrinə təslim olan və silahlı terror təşkilatına üzvlük maddəsi ilə ittiham edilən qadınlar YPG-nin nəzarətindəki bəzi bölgələrdə Qərb ölkələrinin hərbi düşərgələr saldığını etiraf ediblər.

Onların sözlərinə görə, Suriyada xidmət aparan amerikalı və ingilis əsgərlər YPG geyimlərindən tez-tez istifadə edərək döyüşlərə qatılırlar.

Terrorçu qadınlar bildiriblər ki, YPG silahlılarının bütün lazımi ehtiyaclarını ABŞ ödəyir:

“YPG-nin hər taborunda 3-5 amerikalı, kanadalı və ya ingiltərəli əsgərlər də var. Komandirlərimiz bütün lazımi ehtiyacları onlara çatdırırlar. Bir neçə gün sonra ehtiyaclarımız tam ödənir”.


Müəllif: Samir