12 Yanvar 2018 19:47
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa prezidenti Andjey Duda Avropa İttifaqının qurumlarını üzv ölkələrin ehtiyaclarına əhəmiyyət verməməkdə ittiham edib.

Teleqraf.com-un məlumatına görə, A.Duda bunu Varşavada Prezident Sarayında xarici ölkə səfirlərinin Yeni il münasibətilə qəbulunda deyib.

Polşa prezidenti buna misal olaraq “Brexit” və az əvvəl bir sıra Avropa ölkələrində keçirilən seçkiləri misal göstərib.

A.Duda Avropa İttifaqının ictimaiyyətdə məyusluq yaratdığını vurğulayıb: "Avropa İttifaqının institutları cəmiyyətdə inteqrasiya ilə bağlı yaranmış məyusluğa görə məsuliyyəti üzərinə götürməli, səhvlərini analiz etməlidir. Avropa İttifaqının institutlarının vəzifəsi ahəngdar Avropa siyasəti həyata keçirilməsini təmin etməkdir, Avropa xalqlarını bir-birinə qarşı qoymaq deyil".

Qeyd edək ki, son vaxtlar Polşa və Avropa İttifaqı arasında narazılıq yaranıb. Yanvarın 9-da Avropa Komissiyasının sədri Jan-Klod Yunker Polşa baş nazirinin müavini Mateuş Moravetski ilə görüşüb, Avropa İttifaqının Polşaya qarşı sanksiyalar tətbiq etməsinə yol verilməməsi ilə bağlı atılacaq addımları müzakirə edib. (APA)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər