13 Yanvar 2018 12:30
1 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında ilk dəfə qadınların stadionda futbol izləməsinə icazə verilib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bu ildən ölkədə qadınlara stadiona getmək hüququ verilib.

Paytaxt Ciddədə “Əl-Əhli” və “Əl-Bətin” futbolı komandalarının qaşılaşmasında ilk dəfə qadınlara özəl bölmə ayrılıb.

Xanımlar stadionda azarkeşlik etməkdən məmnun qaldıqlarını bildiriblər. 32 yaşlı Lamiyə Xalid Nəsir bu oyunu səbrsizliklə gözlədiklərini deyib, stadiona girişə icazə verilməsini qürurverici hal adlandırıb: “Bu, bizi gözəl gələcəyin gözlədiyini göstərir. İslahatlara şahidlik məni xoşbəxt edir”.

Oyundan öncə Səudiyyə Ərəbistanındakı futbol klubları qadın azarkeşləri oyunlara dəvət edən mesajlar yayımlayıblar. Bəzi klublar hətta futbol klubu formasına uyğun hicablar da istehsal ediblər. Səudiyyə Hava Yolları matçları izləməyə gələn 5 ailəyə pulsuz bilet vəd edib.

Səudiyyə Ərəbistanında yeni qanunlara görə, xanımlara təkbaşına ölkə daxilində və xaricə səyahət etmək hüququ da verilib.


Müəllif: İlhamə Əbülfət