13 Yanvar 2018 15:46
4 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ötən ilin son günü Suriyadakı Hmeymim hərbi hissəsinə top və minamiyotlarla hücum təşkil edən qrupu müəyyən edib. Əməliyyat nəticəsində qrupun bütün üzvləri öldürülüb.

Teleqraf.com-un məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada qeyd edilib ki, 31 yanvar 2017-ci ildə Hmeymim hava bazasına artilleriya vasitəsi ilə hücum edən qrup İdlibin qərb sərhədlərinə yaxın bölgədə müəyyən edilib.

Bölgədə bu qrupa aid bir dron da aşkarlanıb. Suriyadakı Rusiya xüsusi qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində pilotsiz uçuş vasitələrinin anbarı məhv edilib.

“Kommersant” qəzeti yanvarın 4-də xəbər yaymışdı ki, Rusiyanın Suriyanın Lazkiyədə yerləşən Hmeymim hərbi bazaına hücum edilib. Hücum nəticəsində 10-dan çox əsgər yaralanıb, ən azı 7 hərbi təyyarə məhv edilib.

Yanvarın 6-da isə Rusiya bazasına dronlar vasitəsi ilə hücum həyata keçirilib.

Kremli əvvəlcə bu hücuma görə rəsmi Ankaradan şübhələnirdi, iddia olunurdu ki, hücumu Ankaranın təmasda olduğu Suriya müxalifəti həyata keçirib. Lakin sonradan Rusiya prezidenti Vladimir Putin bu hücumun Türkiyə ilə əlaqəsi olmadığını bəyan etdi.


Müəllif: Cavad

Oxşar xəbərlər