13 Yanvar 2018 23:29
2 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İraqın işğalı zamanı qurduğu Şivə Hərəkarına oxşar bir təşkilatı Suriyada yaratmaq üçün fəaliyyətə başlayıb.

Teleqraf.com xəbər verir ki, təşkilat rəhbərinin Azezli qaçaq Zəkəriyyə İyd olacağı deyilir.

Türkiyənin İŞİD-dən təmizlədiyi və təhlükəsiz vəziyyətə gətirdiyi Hələbin şimalında Amerika əşirətlər arasında ciddi kampaniya aparır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon rəsmiləri Türkiyəyə qarşı hazırlamaq istədiyi qrupları Suriya Əşirətlər Birliyi adı altında birləşdirməyə çalışır.

Suriya Əşirətlər Birliyi adında toplantıya qatılan bəzi şəxslər artıq danışmağa başlayıblar. Onlardan biri – Fadil Salih Zəkəriyyə İyd tərəfindən qurulan təşkilatı “qaranlıq şəbəkə” adlandırıb.

Salih deyib ki, belə toplantılarda Türkiyəyə qarşı düşmənlik edilir. Eyni zamanda bu istiamətdə fəaliyyət Suriya üçün də təhlükəlidir: “Biz son 7 ildə hər cür dəstək gördüyümüz Türkiyəyə xəyanətdə iştirak etməyəcəyik. Bu mövqeyimizi digər əşirət rəhbərlərinə də açıq bildirdik”.

Bu arada bəlli olub ki, Zəkəriyyə İyd tərəfindən qurulan təşkilata Suriya türkmanlarından Xalid Hacı və 35 türkman əşirətini ABŞ layihəsi olan Suriya Əşirətlər Birliyinə daxil etməyə çalışıblar.

Ancaq türkman əşirətlər bu oyuna alət olmaqdan imtina ediblər.


Müəllif: Cavad

Oxşar xəbərlər