15 Yanvar 2018 00:39
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əl-Cəzirə" telekanalı Qətərdə hakimiyyətdə olan Əl-Sani ailəsinin üzvü Şeyx Abdullah bin Əlinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd bin Zayidin qonağı olduqdan sonra saxlanıldığı barədə məlumat yayıb.

Teleqraf.com-un məlumatına görə, Abdullah video paylaşaraq Əbu-Dabidə olduğunu və BƏƏ-nin paytaxtından çıxa bilmədiyini qeyd edib.

“Hazırda Abu-Dabidəyəm. Abu-Dabi vəliəhdinin qonağı idim. Buradan çıxışıma qadağa qoyublar, BƏƏ paytaxtını tərk etməyim üçün mənə mane olurlar”, - deyə Şeyx Abdullah bin Əli deyib.

O, başına bir iş gələrsə, bütün məsuliyyətin Şeyx Məhəmmədə aid olduğunu söyləyib.

Şeyx Abdullah bin Əli nə zaman saxlanıldığını yaxud video-qeydin tarixi barədə məlumat verməyib.

O, Qətərin üçüncü əmiri Şeyx Abdullah bin Qasımın nəvəsi, 4-cü əmir Şeyx Əli bin Abdullahın oğlu və 5-ci əmir Şeyx Əhməd bin Əlinin qardaşı olan Abdullah Əl Sani ailəsinin nüfuzlu şəxslərin biri kimi tanınır.

Şeyx Abdullah bin Əlinin adı ötən ilin avqustunda Səudiyyə Ərəbistanı ilə Qətər arasında böhran baş verəndə vasitəçi qismində gündəmə gəlmişdi.


Müəllif: Kəmalə

Oxşar xəbərlər