15 Yanvar 2018 08:57
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Buryatiya Respublikasında zəhələnənlərin sayı 100 nəfəri ötüb.

Teleqraf.com xəbər verir ki, hadisə paytaxtı Ulan-Udedəki "ŞulenDo" kafesində baş verib.

Qeyd edilir ki, zəhərlənənlərin sayı 112 nəfəri ötüb. Onlar arasında 17 uşaq da var. Respublikanın Kliniki Xəstəxanasında 69 nəfər müalicə olunur. Daha bir nəfərə isə Xorinsk Rayon Xəstəxanasında tibbi yardım göstərilir.

Zərərçəkənlər arasında 5 hamilə qadın da var. Onlardan biri ağır vəziyyətdə reanimasiya şöbəsindədir. Digərlərinin vəziyyəti orta qiymətləndirilir.

Daha 42 nəfər isə ambulator müalicə olunur. Onlar arasında 3 uşaq da var.

/Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər