Bağdadda baş verən iki terror aktı nəticəsində 100 nəfərə yaxın şəhər sakini xəsarət alıb.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Əl Sümariyyə telekanalı məlumat yayıb.
Hadisənin bu gün səhər iki terrorçu kamikadze tərəfindən törədildiyi buildirilir. Hadisə barədə ilkin məlumatda 26 nəfərin həlak olduğu, 96 nəfərin yaralandığı açıqlanıb.
Terrorun hədəfi Tayran meydanında (Aviasiya meydanı) çalışan fəhlələr olub.
Yaralananlar xəstəxanaya yerləşdirilib. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.