NATO-nun baş katibi Yens Stoltenberq Nüvə silahlarını qadağan edən müqaviləyə münasibət bildirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Stoltenberq İsveçin Salen şəhərində keçirilən Beynəlxalq Təhlükəsizlik Strategiyası Konfransında etdiyi çıxışda “Nüvə silahsız dünya” fikrini dəstəklədiyini, ancaq bunun qeyri-mümkün olduğunu söyləyib:
“Çin, Rusiya və Cənubi Koreyada nüvə silahları varkən NATO-nun nüvə silahlarından imtina etməsi dünyanı daha təhlükəsiz vəziyyətə gətirməz. Dünyada tarazlıq olmalıdır. Bu səbəbdən NATO BMT-nin Baş Məclisində qəbul edilən nüvə silahlarını qadağan edən beynəlxalq müqaviləni dəstəkləmir”.
Qeyd edək ki, Nüvə Silahlarının Qadağan olunmasına dair müqavilə BMT-də nüvə silahına sahib ölkələrin boykotuna baxmayaraq, 122 ölkənin dəstəyilə qəbul edilmişdi.