5 Avqust 2014 10:01
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı dövlət televiziyasında bir ilk yaşanıb.

Səudiyyə Ərəbistanının “Əl-Əkbəriyyə” dövlət televiziyasında xəbər aparıcılarından birinin başı açıq və niqabsız canlı yayımda çıxış etməsi ölkədə böyük səs-küyə səbəb olub.

Televiziyaya qarşı çox sayda qınaq mesajları göndərilib. TV-nin mətbuat katibi Salih Al Muqahilif isə etdiyi açıqlamada yaranan bu vəziyyətə görə tamaşaçılardan üzr istəyib.

“Aparıcı xəbərləri Londondakı studiyadan təqdim edib. Bu bir yayım səhvidir, bir daha olmayacaq. Bizim inanclarımıza görə günah olan bir şeyin nə televiziyamızda, nə də ölkəmizdə baş verməyinə icazə vermərik. Hamı buna inansın.” – deyə, televiziyanın mətbuat katibi açıqlamasında bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Əl-Əkbəriyyə” dövlət televiziyası 2004-cü ilin yanvar ayında fəaliyyətə başlayıb və yayımlandığı ilk gündən xəbər aparıcıları olan qadınlar başı bağlı və niqabda efirə çıxıblar.

/anspress/


Müəllif:

Oxşar xəbərlər