18 Yanvar 2018 09:18
2 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Suriyada kürdlərdən təşkil ediləcək “yeni ordu” yaratmaqdan imtina edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Pentaqon rəsmi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, sərhəd mühafizə qüvvələrinin yaradılmasından söhbət gedə bilməz:

“Suriyada İŞİD terror təşkilatına qarşı mübarizə məsələsində Türkiyə ilə münasibətlərdə şəffaf olmağı davam etdirəcəyik”.

Bununla belə, ABŞ Suriyada hərbi varlığını davam etdirəcək.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ PKK terror təşkilatının Suriya qolu olan YPG/PYD silahlılarından yeni 30 minlik ordu yaratmaq niyyətini bəyan etmişdi.


Müəllif: Samir

Oxşar xəbərlər