18 Yanvar 2018 22:24
1 955
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Suriyada PYD/PKK üzvlərindən təşkil olunan Suriya Demokratik Qüvvələrinə (SDQ) yeni təlimlər keçir.

Teleqraf.com xəbər verir ki, bunu "Anadolu" agentliyinə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon bildirib.

O, qeyd edib ki, SDQ-nin "döyüş qüvvəsindən", "Sabitliyi qoruma qüvvəsi" və ya "sahə nəzarət qüvvəsi"nə çevrilməsi üçün təlimlər keçirilib.

E.Pahon qeyd edib ki, Suriyaya dönən insanların təhlükəsizliyini təmin edəcək yerli qüvvələrə təlimlər keçirilir: "Yerli təhlükəsizlik qüvvələrinə verdiyimiz təlimlər səhv qələmə verildi. Bu qüvvələr sıradan çıxmaqda olan İŞİD üzvlərinin kənara qaçmasının qarşısını alacaq. Bu, ordu və ya sərhəd mühafizə xidməti deyil".

Pahon təlimlərin davam etdiyini desə də, təlim iştirakçılarının sayını açıqlamayıb: "İŞİD tam bitmək üzrədir. Biz növbəti addımları nəzərdən keçiririk. Növbəti mərhələdə sabitliyin təmin edilməsi üçün təlimlər keçirik. Amma hələ də döyüşlər davam edir. Döyüşlər başa çatandan sonra təhlükəsizliyin və sabitliyin təmini mərhələsinə keçəcəyik".

Qeyd edək ki, ötən həftə ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada SDQ döyüşçülərindən ibarət 30 minlik "Sərhəd Təhlükəsizliyi Ordusu" yaradacaqlarını bəyan etmişdi. Bu, Türkiyə tərəfindən ciddi narazılıqla qarşılanmışdı.


Müəllif: Ruslan

Oxşar xəbərlər