Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hülusi Akar rusiyalı və amerikalı həmkarları ilə telefon danışıqları keçirib.
Teleqraf.com-un xəbərinə görəə, bu barədə Türkiyə Baş Qərargahının yaydığı məlumatda deyilir.
Tərəflər Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını müzakirə edib.
Danışıqların əməliyyat başlamazdan əvvəl baş tutduğu bildirilir.