23 Yanvar 2018 01:42
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ qanunvericiləri immiqrasiya və sərhəd təhlükəsizliyi ilə bağlı fikir ayrılığı səbəbindən dayandırıldıqdan üç gün sonra federal hökumətin işinin bərpasına dair razılığa gəliblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Demokratlar partiyasının Senatdakı lideri Çak Şumer bəyan edib.

“Bu gün hökumətin işinin bərpası üçün səs verəcəyik”, deyə Ç.Şumer qeyd edib.

Yanvarın 19-da ABŞ Konqresində 2018-ci il üçün büdcə qəbul olunmayıb. ABŞ azsaylı ölkələrdən biridir ki, hökumət büdcə olmadan tam fəaliyyət göstərə bilmir. (APA)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər