23 Yanvar 2018 17:28
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Vitse-prezidenti Maykl Pens İsrail səfəri çərçivəsində Knessetdə çıxış etdiyi zaman Avropa Birliyinin xarici siyasət üzrə komissarı Federika Mogerini Brüsseldə Fələstin lideri Mahmud Abbasla müzakirələr aparıb.

Teleqraf.com xəbər verir ki, Avropa Birliyinin xarici siyasət komissarı Fələstinə dəstək verəcəklərini bəyan edib.

Mogerini bildirib ki, Mahmud Abbas Avropa Birliyinə daxil olan 28 dövlətin xarici işlər nazirləri ilə bir araya gələcək və Orta Şərqdə sülh prosesi, ikitərəfli münasibətlər, bölgədə təhlükəsizlik məsələlərini müzakirə edəcək.

ABŞ-ın İsrail-Fələstin problemi ilə bağlı tutduğu mövqeyinin dəyişmədiyini qeyd edən Mogerini deyib ki, Avropa Birliyi Qüdsü İsrail və Fələstinin ortaq paytaxtı olaraq görür: “İki dövlətin münaqişənin sülh yollu ilə həll prosesini davam etdirməsinə dəstək vermək istəyirik”.


Müəllif: Cavad

Oxşar xəbərlər