23 Yanvar 2018 23:47
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada kimyəvi silahdan istifadəyə görə Rusiya məsuliyyət daşıyır. ABŞ kimyəvi silahdan istifadə edənlərin məsuliyyətə cəlb olunması və cəzasız qalmaması üçün bütün yolları sınayacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Haley yazılı açıqlamasında bəyan edib.

Onun sözlərinə görə, Rusiya Suriyada kimyəvi silahdan istifadə ilə bağlı tədqiqat aparılmasına mane olur: “Rusiya kimyəvi silahdan istifadənin məqbul olduğunu və istifadə edənlərin məsuliyyət daşımadığı yönündə dünyaya təhlükəli mesaj göndərir”.

Nikki Haley Rusiyanın Suriyada kimyəvi silah istifadəsinin istintaqını aparan BMT missiyasının vəzifə müddətinin yenilənməsinə qarşı çıxdığını bildirib.

Xatırladaq ki, Rusiya Birləşmiş Millətlər Təşkilatı və “Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı” (OPCW) tərəfindən yaradılan Birgə Tədqiqat Missiyasının (JIM) mandatının uzadılmasına veto qoyub.


Müəllif: Kəmalə

Oxşar xəbərlər