Yunanıstan Baş naziri Aleksis Çipras İsveçrənin Davos şəhərində təşkil olunan Dünya İqtisadi Forumunda Aralıq dənizinin sabitliyi və miqrasiya böhranına dair paneldə çıxış edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Çipras çıxışı zamanı Türkiyəni qəzəbləndirəcək ifadələrdən istifadə edib.
Yunan baş nazirin sözlərinə görə, o, 2015-ci ildə iqtidara gəldiyindən bəri Yunanıstanda təkcə ən pis iqtisadi vəziyyət və miqrant böhranı ilə deyil, eyni zamanda Egey dənizində ölkəsinə hərbi təzyiq göstərən qonşu Türkiyə ilə mübarizə aparmalı olub:
“Türkiyə kimi aqressiv qonşularla yaşamaq çox çətindir”.