Rəsmi Moskva Rusiyada islam dininin tədrisini dəstəkləyən addımlar atacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Kazanda islam alimləri ilə görüşən Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, islam teologiyasının tədrisini Rusiyada yenidən canlandırmaq çox vacibdir:
“İslam teologiyasının tədrisi möhtəşəm tarixə sahibdir. 1971-ci il çevrilişindən öncə rus müsəlman ilahiyyatçıları dünyanın hər yerində hörmətlə qarşılanırdı. Sovet İttifaqı zamanı bu tədris yoxa çıxdı. İslam rus mədəniyyətinin, müsəlmanlar isə Rusiyanın vacib hissəsidir”.