26 Yanvar 2018 09:15
3 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovet ordusu Berlinə daxil olduqdan sonra daldalandığı bunkerinin yaxınlığındakı çalada yanmış cəsədi tapılan Adolf Hitler və Eva Braunu axtarmağa başladı. Əmr SSRİ lideri İosif Stalindən gəlmişdi. O, NKVD-yə tapşırıq verərək, cəsədlərin Hitler və xanımına aid olub-olmamasının incəliyinə qədər araşdırılmasını istəmişdi. NKVD qısa müddət ərznində hesabat hazırlayıb SSRİ rəhbərliyinə təqdim etdi.

Teleqraf.com xəbər verir ki, Stalinin tapşırığı ilə NKVD-nin hazırladığı hesabatı alman tarixçilərindən Henrik Eberle və Mattias Uhl ortaya çıxarıb.

Sözügedən hesabat haqda tarixçilərin qələmə aldığı “Hitler kitabı” əsərində bəhs edilir.

SSRİ-nin çöküşündən sonra ortaya çıxan bu arxiv materialında SSRİ məxfi xidmətinin fəaliyyəti ilə yanaşı, Hitlerlə də bağlı çox ilginc faktlar ortaya qoyulur. Bəlli olur ki, Hitler vegeterian olması ilə bərabər, həm də qan görəndə qorxur, özünü saxlaya bilmirmiş.

Hesabatda bildirilir ki, Sovet ordusu Berlinə daxil olduqdan sonra Hitler və Eva Braun özlərini öldürüblər. Bunu isbatlamaq üçün ən münasib hadisə son ana qədər Hitlerin yanında olan Otto Günşe və Heiniz Lingenin Sovet əsgərlərinin əlinə keçməsi olur. Bu şəxslər sığınacaq yaxınlığındakı çalada tapılan yanmış cəsədlərin Hitler və Evaya məxsus olduğunu bəyan edirlər. Bu informasiya SSRİ liderinə məruz olunsa da, o, Hitlerin ölümünə şübhə ilə yanaşır. Çünki nasist rejiminin süqut edəcəyinin bəlli olduğu 1944-cü ilin sonlarında rəhbərlikdə olan bir çox nasistlər Berlindən qaçmağa başlamışdı. Bu səbəbdən də Stalin NKVD-yə göstəriş verərək, geniş və əhatəli bir hesabat hazırlanmasını tələb edirdi. Stalin NKVD-dən müharibə illərində ABŞ və İngiltərənin nasist partiyası ilə münasibətlərinin də hesabata salınmasını istəmişdi. Məhz bu səbəbdən də NKVD 1945-ci ildə “Mitos” adlı əməliyyata start verir. NKVD düz 4 il müddətinə bu araşdırmaları həyata keçirir. Araşdırmalara 1930-cu ildən bu yana Almaniyada kəşfiyyat fəaliyyəti göstərən və Nasist Partiyasında çoxlu sayda “qarmaqları” olan Fyodor Karpoviç rəhbərlik edirdi. Məhz onun rəhbərliyi altında hazırlanan hesabat İosif Stalinə təqdim edildi. Stalin məxfi hesabatla tanış olduqdan sonra xüsusi “462a” qovluğu arxivə aparıldı. Bu dosya 50 il müddətinə tozlar içində qalsa da, 1991-ci ildə SSRİ-nin çökməsi nəticəsində tarixçilər ona çıxış imkanı əldə etdi.

Məxfi hesabatdan istifadə olunaraq qələmə alınan “Hitlerin kitabı”nda füreri hakimiyyətə gətirən mühit haqda məlumat verilir, habelə Hitlerin kütlələrə təsir etmək üçün özünə sadiq bürokratik təbəqə yaratmaq üçün atdığı addımlara da yer verilir.

Bunlardan biri də Hitler hakimiyyətinin simvolik inşasında əhəmiyyətli addım olan saray kompleksinin tikilməsidir. Hitler hakimiyyətə gələndən iki il sonra tikdirdiyi bu saray “Böyük dövlətin böyük sarayı” kimi kütləyə təqdim olunur.

Tək adamlıq iqtidarının özünün də sonunu gətirdiyi Hitlerin faşizmdə oynadığı rola da diqqət verilir. Heç bir generalına güvənməyən, ən adi məsələləri belə özü müəyyən etməyə çalışan Hitlerin uğursuzluqları sonda faciəyə çevrilir. Bunun ən bariz nümunələrindən biri kimi Stalinqrad döyüşü göstərilir. Generallar ordunun tamamilə məhv edilməsinin qarşısını almaq üçün Stalinqraddan geri çəkiməyi təklif edərkən Hitler bərk əsəbiləşir və geri çəkilməkdən ilk bəhs edən generalı vurmağı əmr edir.

Digər maraqlı fakt isə artıq müdafiə edilməsi mümkün olmayan bir bölgədən ordunu çıxarmaq istəyən Baş Qərargahın təklifini “dəmir mədənləri Almaniya sənayesi üçün əhəmiyyətlidir” deyərək rədd etməsi olur.

Hitlerin lehinə işləyən təbliğat maşınında Gebbelsdən də söz açılan kitabda təəccüblü olacaq informasiyalara da yer verilib. Qeyd edilir ki, milyonlarla insanın öldürülməsi haqda əmr verən Adolf Hitler qan görəndə qorxurmuş. Hitlerin həyatının son anlarında isə ən qorxduğu məqam Qırmızı Ordu tərəfindən həbs edilərək qəfəsə salınması və qəfəsin Qırmızı Meydanda insanlara nümayiş etdirilməsi olub.

Alman tarixçilərin qələmə aldığı kitabda Stalin üçün hazırlanan hesabatda yəhudi soyqrımı ilə bağlı Hitlerin Şərq Cəbhəsində səyyar qaz otaqları qurulması haqqında təlimat verdiyi bildirilir. Hesabatda xüsusi olaraq SSRİ və Almaniya arasında bir-birinə hücum etməməklə bağlı əldə olunan Pakta aid fikirlərə də yer verilir. SSRİ lideri Stalinin Hitlerin hücumunun bu qədər tez olacağını gözləmədiyini ortaya çıxaran hesabatda mötəbər mənbələrdən gələn xəbərlərə baxmayaraq, İngilis və Amerika kəşfiyyatının oyunlarının diqqətə alınmadığı xüsusilə qeyd edilir. Bunların ən önəmliləri arasında “Qızıl Orkestrin” Alman Baş Qərargahında önəmli adamı olan Şults Boysendən və Hitlerin SSRİ-yə hücum gününü Tokiodan bildirən Rixard Zorgedən misallar gətirilir.


Müəllif: Cavad

Oxşar xəbərlər