Davosda keçiriləm Dünya İqtisadi Forumunda Ukrayna prezidenti Pyotr Poroşenko ilə rusiyalı jurnalist arasında qalmqal olub.
Teleqraf.com xəbər verir ki, prezident ona rus dilində sual ünvanlayan jurnalist qıza əynindəki Ukraynanın milli naxışları olan geyimi çıxarmasını məsləhət görüb.
Jurnalist Poroşenkoya “niyə müharibə barədə qanun qəbul etmisiniz” sualını ünvanlayıb. Poroşenko cavab olaraq “köynəyinizi soyunun, əgər sualı Ukrayna dilində səsləndirsəniz, cavab verəcəm”, - deyə bildirib.
Jurnalist prezidentə rus dilini əla səviyyədə başa düşdüyünü xatırladıb. Poroşenkonun buna cavabı belə olub: “Mən ingilis və digər dilləri başa düşürəm. Amma suallara Ukrayna dilində cavab verirəm”.
Bundan sonra jurnalist prezidentin mühafizəçiləri tərəfindən konfrans zalından kənarlaşdırılıb. Juralistin foruma akkreditasiyasının ləğv edilməsi təhlükəsi yaranıb.