İsrail Baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə keçirəcəyi görüşlə bağlı açıqlama verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı Davosda jurnalistlərin suallarını cavablandırıb:
“Görüş zamanı regional və beynəlxalq məsələləri müzakirə edəcəyik”.
Qeyd edək ki, görüş yanvarın 29-da Moskvada baş tutacaq.